STEAM Azərbaycan festivalında 1-ci yerin qalibi olduq

Dekabrın 10-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində STEAM Azərbaycan Festivalının bağlanış mərasimi keçirilib.
Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir. Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”, “Short movıe”, “Edu drone”, “Humanoıd robot” yarışlar təşkil edilib. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb. Liseyin 9'C'sınıf şagirdləri Rövşən və İsmayil informatika müəllimi Gülnarə Qasımovanın rəhbərliyi ilə bu festivala qatılmış və “3D Cad” yarışında 1-ci yeri qazanmışlar.
Tədbirdə çıxış edən Təhsil naziri Emin Əmrullayev festivala qatılan şagirdlərin təhsil aldıqları məktəblərə yüksək motivasiya ilə geri dönəcəklərini, həmçinin festivalın onların İKT üzrə bilik və bacarıqlarının aşkar və inkişaf etdirilməsində əhəmiyyətlini vurğulayıb. Təhsil naziri növbəti illərdə festivalın coğrafiyasının genişləndirilməsinin, digər ölkələrdən də məktəblilərin cəlb olunmasının nəzərdə tutulduğunu deyib.
Liseyin qalib şagirdlərini təbrik edir,onlara növbəti yarışlarda da uğurlar arzulayırıq.