Şagirdlərimiz STEAM Azərbaycan festivalında

Dekabrın 9-da STEAM Azərbaycan Festivalına start verilmişdir.Təhsil Nazirliyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqlar iştirak etmişdir.Festival çərçivəsində nəzərdə tutulan yarışlar "STEAM Open (Makerthon)", "Hackaton", "Micro:bit","Lego Sumo senior", "Lego Sumo junior", "Line folower", "3D Cad", "Short movie", "Edu dron", Humanoid robot, üzrə kateqoriyaları istiqamətində reallaşmışdir. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komanda qatılmışdır.
Liseyin iki komandası müxtəlif kateqoriya üzrə festivalda iştirak etmişlər.Riyaziyyat müəllimi Raziyə Həsənlinin rəhbərliyi ilə 9”B” sinif şagirdləri "Micro:bit"kateqoriyası üzrə,informatika müəllimi Gülnarə Qasımovanın rəhbərliyi ilə 9”C”sinif şagirdləri Səlimov Rövşən və Vəliyev İsmayıl "3D Cad" kateqoriyası üzrə festival qatılmışlar.Komandalarımıza uğurlar arzulayırıq.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənnləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.