Nizami Gəncəvi yaradıcılığında elmi yanaşmalar

07.12.2021- ci il tarixdə liseydə "Nizami Gəncəvi yaradıcılığına elmi yanaşmalar" adlı konfrans keçirildi.Konfransda liseyin müxtəlif fənn müəllimləri şairin yaradıcılığındakı elmi təzahürlərlə şagirdləri və digər həmkarlarını tanış etdilər. Liseyin biologiya müəllimi Gülnarə Xəlilova Nizaminin poemalarında heyvanlar və bitkilər,insan orqanizmindəki bioloji dəyişiklər haqqında,riyaziyyat müəllimi Gülmirə Mahmudova rəqəmlərin sirri,kəsrlər haqqında,tarix müəllimi Səfa Allahyarova tarixi faktların bədii nümunələrlərlə əksini ifadə edən araşdırmaları ilə çıxış etdilər.Fizika müəllimləri Ülviyyə Qəmbərova,Gülyanaq Hüseynova təbiət hadisələrinin,kimya müəllimi Aidə Sadıqova kimyəvi maddələrin,coğrafiya müəllimi Nuranə Gurşadlı coğrafi hadisələri Nizami Gəncəvi yaradıcılığındakı bədii nümunələrə istinad edərək elmi nöqteyi- nəzərlə əsaslandırdılar.Tədbir iştirakçıları Nizami Gəncəvinin ensklopedik şəxsiyyət,dahi mütəfəkkir və filosof olduğunun bir daha şahidi oldular.