Laçın rayonunun azad olunması dərslərdə qeyd olundu

Azərbaycanın ən dilbər guşələrindən olan Laçın rayonunun işğaldan azad olunmasından bir il ötür. 01 dekabr tarixində mühüm tarixi hadisə olan bu gün liseyimizdə keçirilən xüsusi dərslərdə qeyd olundu. 5"B" sinifində təşkil onunan dərsdə İkinci Qarabağ müharibəsinin yekununda imzalanan müqavilə əsasında Laçın rayonunun düşmən tapdağından bir güllə belə atmadan azad olunması videoçarx və şəkillərlə izah olunaraq təqdim olunub. Şagirdlər xəritədə Laçının sərhədlərini göstərərkən müəllim onlara bu torpaqların tarixi əhəmiyyətindən söhbət açıb.