Uşaq hüquqları aylığı çərçivəsində xüsusi dərslər

Liseyimizdə "Uşaq Hüquqları aylığı” çərçivəsində ibtidai siniflərdə də maraqlı xüsusi dərslər keçirilmişdir.Belə dərslərdən biri də 2"C" sinfində həyata keçirilmişdir.Dərs zamanı liseyimizin ibtidai sinif müəllimi Türkan Məcidova uşaq hüquqları barədə, uşaqların pis vərdişlərdən uzaq durmaları üçün təlim və tərbiyənin önəmli rol oynaması, gəncliyimizin mənəvi dəyərlərinin formalaşdırılmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi diqqət və qayğıdan geniş şəkildə məlumat vermişdir.Şagirdlər Uşaq hüquqları ilə bağlı hazırladıqları pankartlardan ,şəkillərdən ibarət sərgi təşkil etdilər.Daha sonra Uşaq hüquqları ilə bağlı maraqlı videoçarx nümayiş etdirildi.