Qızıl payız adlı tədbir keçirildi.

Liseyin ibtidai sinif şagirdlərinin iştirakı ilə keçirilən “Qızıl payız” adlı tədbir öz rəngarəngliyi ilə hamını heyran etdi. Məktəbin akt zalına daxil olarkən insanda elə təəssürat yaranırdı ki, sanki akt zalına yox, gözəl bir payız günündə Azərbaycanın dilbər guşələrindən birinə təbiət seyrinə çıxmısan.
Sanki zala daxil olan fidan balalar özləri ilə payızı da gətirdilər. Balacaların hər birinin əyinlərindəki paltarlar payızın bir parçasını xatırladırdı. Birincilər payıza aid maraqlı şeir parçaları söylədilər, payızın bərəkət, bolluq ayı olduğunu payızda yetişən meyvələr ilə əyani şəkildə nümayiş etdirdilər.