Uşaq hüquqları aylığı çərçivəsində xüsusi dərslər

“Uşaq hüquqları aylığı “çərçivəsində liseydə müxtəlif tədbirlər:xüsusi dərslər,seminarlar disputlar keçirilir.  Liseyin tarix müəllimi Musa Quliyaevin 5”B” sinfində keçirdiyi xüsusi dərsdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verildi. Bildirildi ki, ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir.Şagirdlər hüquq və azadlıqlar haqqında maraqlı fikirlər səsləndirdilər.II Qarabağ müharibəsi zamanı Gəncədə baş verən terrorda 10 uşağın həlak olmasının heç bir hüquqi izahının olmaması fikirləri ətrafında müzakirələr aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi