Əllə xalça toxuma sənəti peşə təlimində

            Müxtəlif peşələrə maraq oyadılmasında ,şagirdlərə peşə seçimində kömək məqsədilə liseyin psixoloqu,UBTR-i ,sinif rəhbərləri ,təsviri -incəsənət və texnologiya müəllimləri söhbətlər aparır,müzakirələr keçirir,şagirdlərə dəstək olurlar.Bu istiqamətdə xüsusi dərslər keçirilir,şagirdlərlə diskussiyalar aparılır.Liseyin təsviri-incəsənət və texnologiya müəllimi Şəhla Vəliyeva 9”C” sinfində “Əllə xalça toxuma sənəti “-nə həsr olunmuş xüsusi dərs keçirdi. Şagirdlərə bu sənətin qədimliyindən ,milliliyindən ,gözəlliyindən danışan Ş.Vəliyeva əllə toxunan xalçaların hansı mərhələlərdən keçməsi ,xalça toxuma dəzgahı ,istifadə olunan digər alətlər haqqında da ətraflı məlumat verdi.O bu sənəti yaşatmaq ,inkişaf etdirmək ,milli -mədəni irsimizin yaşadaraq gələcək nəsillərə ötürülməsi üçün peşə seçimi edən gənclərə hər cür dövlət qayğısı olduğunu şagirdlərin diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi