Narkomaniya və zərərli vərdişlərə qarşı şagirdlər maarifləndirilir

18.11.2021-ci il tarixdə liseyin psixoloqu K.Məmmədova və UBTR-i M.Əliyevanın təşkilatçılığı ilə 9-11 –ci sinif şagirdləri ilə narkotik vasitələr və zərərli vərdişlərə qarşı maarifləndirici tədbir keçirildi. Tədbirdə çıxış edən biologiya müəllimi G.Xəlilova narkotik vasitələrə və zərərli vərdişlərə aludəçiliyin insan orqanizmində yaratdığı mənfi fəsadlar,kimya müəllimi A.Sadıqova narkotik maddələr və onların təsnifatı ,xüsusiyyətləri ,liseyin psixoloqu K.Məmmədova insan psixikasına təsiri,cəmiyyət üçün necə bəlaya çevrilməsi haqqında çıxışlar etdilər.M.Əliyeva narkomaniyanın insan həyatında törətdiyi faciələrə həsr olunmuş videoçarxlar,təqdimatlar göstərdi.