Vətən müharibəsinin qazisi Cahangir Əliyevlə görüş keçirildi

Liseyin 7"A" sinif şagirdləri sinif rəhbəri Gülnarə Qasımovanın təşkilatçılığı ilə Vətən müharibəsi qazisi Cahangir Əliyevin evində olmuş ,onunla və digər qazi yoldaşlarla həmsöhbət olmuşlar . Görüşdə II Qarabağ müharibəsinin dəhşətlərini yaşayan,ağır yaralansa da qələbəyə inamını itirməyən Cahangir öz vətənpərvərlik duyğularını şagirdlərlə bölüşmüşmüşdür. Həmçinin ,Cahangir onu da vurğulayıb ki,bizə Zəfəri qazandıran 44 günlük savaşda hər şəhidin ,hər qazinin ,hər döyüşçünün və bütövlükdə Azərbaycan xalqının döyüş əzmi və birliyi qalib gəldi.Şagirdlər Cahangirin simasinda Vətən üçün hər cür fədakarlığa hazır olan qəhrəman döyüşçü ,igid əsgər nümunəsi ilə tanış oldular.