Vətən müharibəsinin qəhrəman qaziləri qonaqlarımız oldular

II Qarabağ müharibəsinin iştirakçıları olan qəhrəman döyüşçülər və liseyin qazi məzunları ilə görüş keçirildi.”Azərbaycan Bayrağı “ordenli Teymur İsmayılov,Polkovnik –leytnantlar İlqar Əsədov ,Elxan Həsənov və liseyimiz qazi məzunları Əkbər İsmayılov ,Fərid Kaşıyev fəxri qonaqlarımız oldular. Vətən müharibəsinın ağrılı–acılı günlərindən ,keçdikləri şərəfli döyüş yolundan söhbət açdılar. Füzuli ,Hadrut ,Şuşa Suqovuşan və s. ərazilərdə gedən döyüşlərdə iştirak edən döyüşçülərimiz bu qələbənin çox çətin, lakin böyük inamla ordu və xalqın Müzəffər Ali Baş Komandanın ətrafında sıx birliyi ilə əldə olunduğunu vurğuladılar. Şagirdlər onların simasında əsl vətənpərvərlik nümunəsi ilə tanış oldular . Liseyin direktoru Ülviyyə İsmayılova dəvəti qəbul edib gəldikləri üçün qonaqlara təşəkkürünü bildirdi,onlara liseyin fəxri qonağı və fəxri məzunu kimi diplomları təqdim etdi. Sonda qonaqlarla xatirə şəkli çəkildi