Şəhid anaları ilə görüş keçirildi

04.11.12 tarixində 44 günlük Vətən müharibəsinin qəhrəmanları, şəhidlərimizin anaları ilə görüş keçirilib. Polad Həşimovun şəhadətindən sonra özünə şəhidlik arzulayan Fərhad Babayev, öz bacısının doğum günündə, Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan Cavid Paşazadə, “Vətən yaxşıdır” deyib qəlblərdə taxt quran Xudayar Yusifzadə və qəhrəmanlıq dastanı 22 illik ömrünə sığmayan Ələkbər Əsgərovun anaları keçirilən tədbirdə öz övladlarının timsalında bütün şəhidlər haqqında öz fikirlərini, öz qürur hisslərini dilə gətiriblər. Tədbirdə məktəbin şagirdlərinin ölümsüz qəhrəmanlarımıza həsr olunan şeirlərini söyləyiblər. Məktəbin xor qrupu ilə “Xudayar təsnifi”-ni səsləndirib.