Zəngilan rayonunun işğaldan azad olunmasının ildönümü qeyd olundu

Zəngilan rayonunun işğaldan azad olunmasının ildönümü 20 oktyabr 2021 tarixində liseyin müxtəlif siniflərində xüsusi dərs təşkil olunmaqla qeyd olunub. Allahyarova Səfa, Quliyev Musa, Gürşadlı Nuranə təşkil etdikləri xüsusi dərslərdə Zəngilan rayonunun işğal olunması, rayonun qədim tarixi və işğaldan azad olunması haqqında məlumatlar veriblər. Şagirdlər dərslərdə fəal iştirak ediblər, Zəngilan rayonu haqqında bildiklərini bir-biri ilə bölüşüblər.