Qalib Azərbaycan adlı sərgi təşkil olundu

Liseyin təsviri incəsənət müəllimi Şəhla Vəliyevanın təşkilatçılığı ilə Qalib Azərbaycan mövzusunda sərgi təşkil olunub. Sərgidə müxtəlif sinif şagirdlərinin Zəfərə həsr etdikləri rəsmləri sərgidə nümayiş olunub. Sərgi liseyin digər şagirdlərinin və müəllim heyətinin marağına səbəb olub.Sərginin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfəri əsərlərdə nümayiş etdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir. Həmçinin işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərini tərənnüm etmək, uşaq və gənclərin bədii-estetik zövqünü formalaşdırmaq da əsas hədəflərdəndir.