II Qarabağ müharibəsi ədəbiyyatımızda

    44 günlük müharibə həyatımızın müxtəlif sahələrinə təsir etdiyi kimi ədəbiyyatımızdan da yan keçmədi.Ədəbiyyatımızın məzmununu nəzərəçarpacaq dərəcədə dəyişən müharibə yaradıcı insanların çiyninə böyük məsuliyyət və qürurverici bir missiya qoydu.Onlar artıq məcburi köçkünlərdən,işğal altında olan torpaqlardan deyil,bütöv Azərbaycandan fəxarətlə yazacaqlar.

    Liseyimizdə "II Qarabağ müharibəsi ədəbiyyatımızda" mövzusinda dəyirmi masa keçirildi.Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarova 9 c sinfinin şagirdləri ilə müasir yazarlardan olan Elşən Əzimovun "Rəqiblər",Mirmehdi Ağaoğlunun "Epikriz" hekayələrini müzakirə etdi."Rəqiblər" hekayəsində müharibə zamanı qələmi atıb silaha sarılan Elnur müəllimdən,məktəbdə onun işini ürəklə yerinə yetirən həmkarı Lalədən söhbət gedir.Vətənini hər şeydən üstün tutan Elnur müəllimi şagirdlər İsmayıllıdan rayonunda tarix müəllimi olmuş şəhid Famil müəllimlə müqayisə etdilər."Epikriz" hekayəsində isə fədakar həkim obrazı yaradılıb ki,sonda həmin həkim 44 gün ərzində baş verənləri ürəyində daşıya bilməyib dünyasını dəyişir.Şagirdlərimiz obrazları həssaslıqla təhlil edərkən onu da vurğuladılar ki,yalnız müəllim və həkimlər deyil,digər peşə sahibləri də dəmur yumruq ətrafında birləşib bu qalibiyyətdə xüsusi pay sahibi oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi