Füzuli rayonun azad olunmasının ildönümü

18 oktyabr 2021-ci il tarixində Füzuli rayonun işğaldan azad olunmasının il dönümü bütün siniflərdə qeyd olunması ilə yanaşı 7"C" sinfində bu mövzuda xüsusi dərs keçirilib. Sinif rəhbəri Əliyarova Nuriyyyə müəllimin rəhbərliyi ilə keçirilən dərsdə şagirdlər çıxışlar ediblər. Rüstəmli Afət və Şükürov Kamranın birlikdə hazırladığı təqdimatda Füzuli rayonunun yarandığı dövrlərdən bəri tarixinə işıq tutulmuş, rayonun işğalı, işğal dövründəki vəziyyəti və işğaldan azad olunması haqqında məlumatlar vermişlər. Dərs zamanı həmçinin Füzuli Beynəlxalq Hava Limanının tikilməsi və açılışından videoçarxlar göstərilmiş və məlumat verilmişdir.