Ekskursiyalarımız davam edir

    Şagirdlərimizin ekskursiyaları davam edir. Liseyin 10”B”, 9"A", 7”B” və 5”C” sinifləri öz sinif rəhbərləri Həsənova Gülarə, Hüseynova Gülyanaq, Kudinenko Marina və Mahmudova Gülmirə müəllim ilə birlikdə Qənimətlər parkını, Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət ediblər.

    Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edən şagird və müəllimlər Ulu Öndərimizi yad etmiş, müəllimlər onun təhsil və elm haqqında fikirlərini şagirdlərə təkrar xatırlatmışlar. İkinci Fəxri xiyabanda şagirdlər şəhid məzarlarını ziyarət edib, onların əziz xatirəsini yad ediblər.

    Gəzinti zamanı Hərbi qənimətlər parkının İkinci Qarabağ müharibəsinin xüsusi məqamlarını əks etdirən eksponatları şagirdlərin xüsusi marağına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi