Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirildi

                15.10.2021-ci il tarixdə liseydə 44 günlük Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirildi.Görüşdə Qubadlı və Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuş Vüsal Azayev və Sergey Saçkov şagirdlər və müəllimlər iştirak etdilər.Tədbir Dövlət Himninin səsləndirilməsilə başladı ,daha sonra Vətənimizin azadlığı vətorpaqlarımızın yagılardan təmizlənməsində  canından keçmiş şəhidlərimizin  müqəddəs xatirəsi birdəqiqəlik sükutla yad edildi.Liseyin direktoru Ülviyyə İsmayılova xalqımızın Vətən müharibəsində keçdiyi çətin və şərəfli yoldan ,bu yolda rəşadəti ,qəhrəmanlığı ilə fərqlənən oğullardan danışdı.Belə oğullarla hər zaman qürur duyduğumuzu bir daha diqqətə çatdırdı.Qonaqlar döyüş xatirələrini bölüşdülər,şagirdlərin suallarını cavablandırdılar.Şagirdlər də hazırladıqları təqdimatlarla,şeirlərlə çıxış etdilər.Tədbir iştirakçıları Vüsal Azayevin və Sergey Saçkovun simasında qələbənin qazanılmasında əsl vətəndaşlıq mövqeyini ,vətən sevgisini hiss etdilər.Sonda qonaqlar və şagirdlər xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi