Qənimətlər parkına ekskursiya

13.10.21 tarixində “7A” sinfi Hərbi qənimətlər parkına ekskursiyaya gedib. Park Dənizkənarı Milli Parkında yerləşir. Park Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Gəzinti zamanı müəllim Qasımova Gülnarə onları döyüş zamanı düşmənin qoyub qaçdığı müxtəlif qənimətlər və onların tarixçəsi haqqında məlumatlandırıb. Şagirdlər düşməndən qənimət götürülmüş tankları, maşınların nömrə nişanlarından hazırlanmış "Qarabağ Azərbaycandır!" abidəsini, şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqları, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərlərini, uzunmüddətli atəş nöqtələrini maraqla müşahidə etmişlər.