Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət İdarəsinin tədbiri keçirildi

04.10.2021-ci il tarixdə liseydə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət İdarəsinin əməkdşları və Nəsimi rayonu məktəblərinin hərbi rəhbərlərinin iştirakı ilə tədbir oldu. Tədbiri giriş sözü ilə açan liseyin direktoru Ülviyyə İsmayılova 5 Oktyabr- Beynəlxalq Müəllim Günü münasibətilə GÇQHH müəllimləriini və kollektivi təbrik etdi,onlara uğurlar arzuladı. Daha sonrakı çıxışlarda gəncləri mənəvi-psixoloji baxımdan hərbi həyata hazırlamağın vacibliyindən və bu baxımdan "Çağırışaqədərki hazırlıq" fənninin  mühüm rol oynamasından danışıldı. Qeyd olundu ki, bu fənn öz məzmunu etibarı ilə şagirdləri Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatlandırır, hərbi nizamnamə qaydalarını mənimsədir, ordu həyatı ilə tanış edir, hərbi xidmətə fiziki və mənəvi-psixoloji cəhətdən hazırlayır. Şagirdlərdə orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaradaraq, vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirir. Çıxışlarda Vətən Müharibəsində öz şagirdləri ilə çiyin-çiyinə döyüşən müəllimlərin xidmətləri xüsusi qeyd olundu. Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində qazandığı möhtəşəm qələbədən sonra sülhün əbədiliyi üçün ordunun döyüş hazırlığının daimi təkmilləşdirilməsi baxımından müasir dövrün çağırışlarına uyğun olaraq çağırışaqədərki hazırlıq işlərinə daim diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Keçirilən tədbirdə “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində fərqlənən, həmçinin gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində səmərəli fəaliyyət göstərən çağırışaqədərki hazırlıq rəhbərləri mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi