Şəhid məzarları ziyarət olundu

04.10.2021-ci il tarixdə liseyin coğrafiya müəllimi Nuranə Gürşadlının təşkilatçılığı ilə 9”C” sinif şagirdləri  II Fəxri xiyabana ziyarətə getmişlər.Şagirdlər Vətənimizin azadlığı uğrunda canından keçmiş qəhrəman oğulların məzarlarına çiçəklər qoymuş ,onların müqəddəs ruhlarını hörmətlə yad etmişlər. Ziyarət müddətində  sagirdlərlə şəhidlər, onların həyatı,təhsili, peşəsi,xidmət vəziyyətləri,xidmət yerləri, müharibə dövründə Azərbaycanda relyef,iqlim şəraiti və çətin relyef və iqlim şəraitində şəhidlərimizin necə şücaətlə döyüşdüklərindən, bir gün belə olsun geri çəkilmədən torpaq,vətən azadlıq uğrunda mübarizə aparmaqları müzakirə olundu. Ziyarət zamanı bir neçə şəhidin yaxınları, valideynləri ilə xiyabanda görüşən şagirdlər hər zaman şəhidlərimizin adının gələcək nəsillər tərəfindən uca tutulacağına söz vermişlər.Şagirdlər həmin gün şəhid polkovnik leytenant Rəşad Quliyevin ikinci Fəxri xiyabanda doğum günü ilə bağlı dövlət tədbirində iştirak etmişlər.Tədbirdə çıxış edən şəhidin ailə üzvləri,döyüş yoldaşları,əsgərləri onun şücaətindən,qorxmazlığından döyüş zamanı əsgərləri ilə çiyin-çiyinə döyüşməyindən onlarda yaratdığı ruh yüksəkliyindən söz açdılar.Eyni zamanda bizi zəfərə aparan yolun məşəli olan Tovuz döyüşləri zamanı şəhid olan igidlərimizin məzarları da ziyarət olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi