Cəbrayıl rayonunun işğaldan azad olunmasınin ildönümü qeyd olundu.

        04.10.2021-ci il tarixdə liseydə keçirilən dərslərdə Cəbrayıl rayonunun düşmən işğalından azad olunmasının ildönümü böyük qürur hissi ilə qeyd olundu. Cəbrayılın tarixi ,milli mədəni abidələri,coğrafiyası ,mənfur düşmən tərəfindən işğal olunması və rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olunması müəllim və şagirdlərin təqdimatında geniş şərh olundu.7"D" sinif şagirdləri Musalı Dənizin və Musayev Tələtin dərs üçün çəkdikləri rəsmlərində ,Babayev Muradın yazdığı şeirdə Cəbrayıl rayonununun azad olunmasına olan sevgiləri bədii dillə,rəngarəng çalarlarla dilə gəldi.Liseyin kitabxanasında da keçirilən "dəyirmi masa"da Cəbrayıl rayonu uğrunda gedən mübarizədə şəhid olan qəhrəman oğulların,qazilərin şücaətindən söhbət açıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi