Şəhid olmuş müəllimlər yad edildi

            29.09.21 tarixində məktəblərdə ənənəvi qaydada tədris bərpa olundu. Uzun illərdən sonra ilk dəfə tədris ilinin başlanğıcında ərazi bütövlüyümüz təmin olunmuş, bütün sərhədlərimizin təhlükəsizliyi təmin olmuş şəkildə başladıq. İlk dərs günündə 9"C" sinfində Gürşadlı Nuranənin  Coğrafiya dərsi "Qarabağ Azərbaycandır!" başlığı altında şəhid müəllimlərimizin və şəhid təhsil işçilərimizin savaş yoluna həsr olundu. Ərazi bütövlüyümüzün   səbəbkarı olan, düşmənin başını əzən, torpaqlarımızdan mənfur düşməni  təmizləyən ordumuz ilk gündən sonadək eyni ruh yüksəkliyi,eyni əzmlə döyüşdü.O ordu ki usanmadı, yorulmadı, yastığımız vətən daşı yorğanımız qar olsun dedi, bir gün də olsun geri çəkilmədi. Bütün peşə sahibləri vətənin azadlığı ərazi bütövlüyü yolunda səfərbər oldu. Bu səfərbərlik yolunda vaxtilə hərbi xidmətdə fərqlənən müəllimlərimiz,təhsil işçilərimiz də sinəsini düşmən qarşısında sipər etdi. Vətənin çətin günündə, mübarizə günündə, geri çəkilmədilər. Vətən övladlarının sülh əmin-amanlıq şəraitində təhsil alması, bütöv Azərbaycan ideyası uğrunda birləşdilər.
    Dərs zamanı şagirdlər sinələrində  tarix müəllimi şəhid Famil Əhmədzanin üçrəngli bayrağımızla əhatələnmiş şəklini qürurla daşıyırdılar. 
    Şagirdlərdən Nurcan Sandal çıxışına umumlider Heydər Əliyevin :,,"Mən  həyatımda bütün varlığım ilə, keçdiyim həyat yolunu məktəbə borcluyam, müəllimə borcluyam.Mən bəyan edirəm ki,bizim müstəqil Azərbaycanda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən önəmli peşə kimi qiymətləndirilməlidir" sözləri ilə başladı. Müəllim adının ucalığını, peşənin müqəddəsliyini diqqətə çatdırdı. Daha sonra şəhid müəllimlərimizin xatirəsinə həsr olunmuş   müəllim haqqında şeir söylədi.Famil Əhmədzadə haqqında hazırladığı videoçarxı təqdim etdi.
    Rüstəmli Nihad şəhid Famil Əhmədzadə haqqında təqdimatda Famil müəllimin uşaqlığından, məktəb illərindən, tələbəlik illərindən, müəllim kimi fəaliyyət göstərdiyi dövrdən və şərəfli döyüş yolundan bəhs etdi.
    Dərsin sonunda şagirdlər şəhid müəllimlərimizin xatirəsinə ehtiram əlaməti olaraq həmişəyaşıl ağaclar əkdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi