"Qarabağ Azərbaycandır !"adlı ilk dərslərimiz

29.09.2021-ci il tarixdə liseyin 5-11 -ci sinif şagirdləri əyani təhsilə başladılar.İlk dərslər Təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.Dərslərdə şəhidlərin müqəddəs xatirəsi birdəqiqələik sükutla yad edildi,44 günlük ikinci Qarabağ müharibəsində müzəffər ordumuzun rəşadəti ilə qazanılan zəfər,işğal altından azad olan torpaqlarımız,Ali Baş Komandan və onun ətrafında sıx birləşən qalib Azərbaycan xalqı şagirdlərin və müəllimlərin təqdimatlarında təhlil olundu.