27 Sentyabr -Milli Qürur Günümüz

27 Sentyabar -Anım gününə həsr olunmuş ədəbi bədii kompozisiya keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi,Dövlət Bayrağı gətirildi ,şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edildi. Liseyin direktoru Ülviyyə İsmayılova, tərbiyə işləri üzrə direktor müavini A.Nəbiyeva hərbi rəhbəri C Carçıyev ,tarix müəllimi G. Abidi çıxışlarında 27 Sentyabrın xalqımızın tarixindəki böyük əhəmiyyətindən danışdılar.Ali Baş Komandanın əmrilə haqq savaşına başlayan müzəffər ordumuz , birliyi və Vətən eşqilə qalib olan Azərbaycan xalqı şagirdlərin söylədikləri şeirlərdə,oxuduqları mahnılarda tərənnüm olundu.27 Sentyabrın Zəfərə gedən yolu açan ,qələbəni bizə bəxş edən tarixi başlanğıc olması vurğulandı.Şagirdlərin kövrək çıxışları tədbir iştirakçılarını qəhərləndirdi.