İlk dərslər "Qarabağ Azərbaycandır !"mövzusunda keçirildi

            2021-22-ci tədris ilinin ilk dərsləri “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu.Bütün siniflərdə Dövlət himni səsləndirildi ,şəhidlərin müqəddəs ruhu birdəqiqəlik sükutla yad edildi.Liseyin ibtidai sinif müəllimlərinin hazırladıqları təqdimatlarda 44 günlük II Qarabağ müharibəsində qazanılan böyük zəfər,igid ,vətənpərvər oğullarımızın qanı-canı bahasına alınan torpaqlarımız,Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımızın birliyi ilə qələbənin əldə olunması yüksək qürur hissilə əks olundu.Şagirdlərlə qəhrəmanlıq və vətənpərvərlik mövzusunda müzakirələr aparıldı.Qarabağın əzəli,əbədi Azərbaycan torpağı olması bir daha vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi