Yeni dərs ilinə hazırıq

Lisey 2021-22-ci dərs ilinə hazırlıqları artıq başa vurub. Bütün sinif otaqları, idman zalı, kitabxana və laboratoriyalar dezinfeksiya olunub. Xüsusi karantin rejiminin tələblərinə riayət etməklə şagirdləri qarşılamağa hazırıq.
Şagirdlər dərsliklərlə təmin olunub. Ümumilikdə 6314 ədəd dərslik paylanılıb. Həm rus, həm Azərbaycan bölməsi üçün dərsliklər sinif rəhbərləri vasitəsilə şagirdlərə təhvil verilib. 2 və 6-cı siniflər üçün yeni dərsliklər nəşr olunub.2-ci siniflər üçün 529, 6-cı siniflər üçün 1370 ədəd yeni dərsliklər şagirdlərə verilmişdir.
Bu il 9-cu siniflər üçün “Zəfər tarixi” dərsliyi də şagirdlərə veriləcək.