"Yay məktəbi" maraqlı ekskursiyalarla başa çatdı

“Yay məktəbi “şagirdlərin yaddaşında unudulmaz izlər qoydu. Onlar əylənərək öyrəndilər,gəzərək məlumat topladılar,liseyin psixoloqu ilə məsləhət saatları keçirdilər,eksperimentlər,reaksiyalar apardılar,rəsm saatı,riyazi yarışmalr keçirdilər. Liseyin müəllim və psixoloqu bu layihədə onlara yaxından kömək etdilər. Şagirdlər həmçinin maraqlı ekskursiyalarda iştirak etdilər.Liseyin informatika müəllimi 6”A”sinfinin rəhbəri Gülnarə Qasımova şagirdlərlə “Yay məktəbi “çərçivəsində Qız qalasına ,Şirvanşahlar muzey kompleksinə  səyahət etmiş ,İçərişəhəri gəzdirmiş, onlarla müzakirələr keçirmiş,maraqlı diskussiyalar aparmışdır.

                Liseyin tarix müəllimi Səfa İsmayılova isə şagirdləri Tarix muzeyinə aparmışdır.Onlar ekskursiyadan sonra liseyə qayıdaraq müzakirələr ,diskussiyalar keçirmişlər.

                Bir-birindən maraqlı ,əyləncəli öyrənmələrlə “Yay məktəbi” sona çatdı .Şagirdlərin mövcud pandemiya şəraitində keçən tədris ilinin yarımçıq qalmış bəzi çatışmazlıq ları aradan qaldırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi