"Yay məktəbi"ndə sağlam həyat tərzi dərsi

Liseyimizde yay məktəbi üçün təşkil olunmuş əyləncəli dərslərimiz öz axarı ilə davam edir.Yay məktəbinin ən fəal iştirakçılarından biri olan ibtidai sinif şagirdlərimiz də əyləncəli öyrənmədə aktiv iştirak edirlər.Liseyimizin ibtidai sinif müəllimi Türkan Məcidovanın təşkilatçılığı ilə 1"C" sinfində keçirilən "Sağlam qidalanma" adlı dərs şagirdlərimizin xüsusi marağına səbəb oldu.Dərsdə şagirdlərə təqdim olunan çantaya faydalı və zərərli ərzaqları məhz şagirdlər özləri qruplaşdıraraq yığdılar.Eləcədə şagirdlərlə birgə "Sağlam qida" adlı olduqca maraqlı əl işləri,rəsmlər hazırlandı.Dərsdə maraqlı didaktik oyunlar keçirildi.Sagirdlər rəngli kağızlardan faydalı hesab etdikləri meyvələri,ərzaqları düzəltdilər."Sağlam qidalanma" ilə bağlı maarifləndirici,maraqlı rəsmlər,slaydlar nümayiş olundu.Beləliklə,Türkan Məcidovanın təşkil etdiyi bu dərsdə şagirdlərimizin yay məktəbində əylənərək öyrənməsini və dərslərdə həvəslə iştirakını təmin edən maraqlı, əyləncəli anlara şahid olduq.