"Yay məktəbi"ndə təcrübələr apardılar

“Yay məktəbi”nin maraqlı məşğələləri davam etməkdədir. Liseyin fizika müəllimi Gülyanaq Hüseynova “Yay məktəbi”nə qatılan şagirdlərlə fizika fənninə aid eksperimentlər aparir. Elektrik yüklərinin hərəkəti,elektrik cərəyanı batareya,lampa və naqillərin birləşdirilməsinə aid təcrübələr şagidlərin böyük marağına səbəb oldu.Şagirdlər özləri sıxacları naqilin açıq uclarına bərkidərək uclarını bir-birinə toxundurmaqla lampanın işıqlanmasını gördülər.

    Başqa bir təcrübədə maddənin istidən genişlənməsini halqa üzərində dayanan kürəciyin qızdırıldıqdan sonra istidən genişlənərək halqadan keçməsini müşahidə etdilər.Mexaniki hərəkətin növlərinə aid təcrübədə isə əyrixətli,çevrə üzrə,rəqsi hərəkəti göstərən təcrübələr apardılar.Şagirdlər müəllimin göstrərişi ilə maqnit qarşılıqlı təsiri ilə eyni qütbləri qarşılıqlı hərəkətə gətirməklə müxtəlif eksperimentlər həyata keçirdilər.

        Lıseyın kimya müəllimi Aidə Sadıqova isə ''Yay məktəbi''nə qatılan şagirdlələ müxtəlif təcrübələr apardı.əllimin göstərişi ilə şagirdlər tibdə eyni ilə partlayıcı maddələrin hazırlanmasında istifadə edilən marqansovkanın üzərinə 3 atomlu spirt olan qliserin əlavə etdilər . Əl kremlərinin,kosmetik vasitələrin,ətirlərin tərkibinə daxil olan qliserin kalium permanqanat ilə partlayışla reaksiyaya daxil olduğunu gördülər.
Başqa bir təcrübəd
ə isə xlorid turşusunan məhluluna Al metalı əlavə etdilər .Bu zaman reaksiya nəticə şagirdlər xlorid turşunun məhlulun zamanla ağ bulanıq - sonra qara - sonra ağ bulanıq və yekunda rəngsiz məhlula keçdiyini müşahidə etdilər.Eyni ilə bu reaksiya nəticəsində hidrogen qazının ayrıldığını və reaksiya nəticəsində istiliyin ayrıldığını,istiliyin ayrılmasına görə reaksiyanın ekzotermik reaksiya olduğunu müəyyənləşdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi