"Yay məktəbi"ndə Beynəlxalq Narkomaniyaya qarşı Mübarizə Günü "

25.06.2021-ci il tarixdə liseydə “Yay məktəbi”çərçivəsində 26İyun –Beynəlxalq narkomaniya qarşı Mübarizə Gününə həsr olunmuş  tədbir keçirildi.Tədbiri liseyin tərbiyə işləri üzrə direktor müavini Afaq Nəbiyeva açaraq qeyd etdi ki,il ərzində belə tədbirlər mütəmadi olaraq keçirilir,şagirdlər maarifləndirilir.O,eyni zamanda 24 iyunda Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə onlayn təşkil olunmuş “Narkomaniyaya “yox!” deyirik adlı tədbirdəki iştirakından ,oradakı çıxışlardan ,müzakirələrdən də bəhs etdi.Zərərli vərdişlərin insan orqanizminə mənfi təsirindən liseyin biologiya müəllimi Gülnarə Xəlilova ətraflı məlumat verdi.Narkotik maddələrin təsnifatından ,xüsusiyyətlərindən ,mənfi təsirindən liseyin kimya müəllimi Aidə Sadıqova  ətraflı söz açdı. Liseyin psixoloqo Kəmalə Məmmədova çıxışında isə narkotik istifadəçilərinin psixoloji aslılığının heç vaxt müalicə olunmadığından və daha böyük cinayətlərə yol açmasından danışdı.Narkomaniya və onun yol açdığı bəlaları əks etdirilən stendlər də nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi