Milli Ordu Günü "yay məktəbində"

25.06.2021-ci il tarixdə liseydə “Yay məktəbi “ndə Milli Ordu Gününə həsr olunmuş tədbir və Tarix muzeyinə ekskursiya keçirildi. Tədbirdə liseyin tərbiyə işləri üzrə təşkilatçı müavini Afaq Nəbiyeva Milli Ordumuzun həqiqi bayramından,qalib ordu kimi Zəfər Gününu xalqa bəxş etməyindən ,şəhid olan qəhrəman oğulların əziz xatirəsindən danışdı.Liseyin hərbi rəhbəri Cəlal Carçıyev də tarixiqələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmiryumruq” olaraq birləşən müzəffər ordumuzun şücaətindən ,qəhrəman zabit və generallaımız haqqında məlumat verdi.Liseyin tarix müəllimi Səfa İsmayılova ordumuzun tarixi keçmişindən və zəfərə aparan yoldan danışdı.Sonra isə o,şagirdləri yaxınlıqdakə Tarix muzeyinə apararaq 44 günlük müharibədə baş verənlər,ordumuzun qəhrəman döyüşçülərini tanıdan tarixi məlumatlar,şəkillər,onlara məxsus geyim ,silah və digər əşyalarla,müxtəlif eksponat və kompozisiyalarla tanış etmişdir.