"Yay məktəbi"ndə musiqili idman

"Yay məktəbi"ndə maraqlı məşğələlərimiz keçirilir,Liseyin musiqi müəllimi Rəsulova Təranə və fiziki tərbiyə müəllimi Cəlal Carçiyev şagirdlərlə musiqili idman,bədii gimnastika məsgələləri keçirir.Fizika müəllimi Aytən Əliyəva isə açıq havada şagirdlərlə eksperiment aparır,Arximed qanunları təcrübə ilə şagirdlərə başa salır.Hər gün yeni olan bu dərslərə şagirdlər həvəslə davam edirlər. Liseyin dil-ədəbiyyat müəllimi Gülmira Hüseynova isə şagirdlərin il ərzində çətinlik çəkdiyi dil qaydalarını yenidən mənimsədir,təkrarlayır,çalışmalarla möhkəmləndirir.