"Yay məktəbi"ndə "söz boğçası"

        Liseyimizdə "Yay məktəbi" maraqlı,əyləncəli oyunlar vasitəsilə həyata keçirilən dərslərlə davam edir.Belə maraqlı dərslərdən biri də liseyimizin ibtidai sinif müəllimi Məcidova Türkanın təşkilatçılığı ilə 1-ci sinif şagirdləri ilə həyata keçirildi.Söz oyunlarının kiçik məktəbyaşlı uşaqların xüsusilə oxu və  yazı prosesinə olan müsbət təsirlərini nəzərə alan Türkan müəllim "Söz boğçası" adlı maraqlı,olduqca əyləncəli ,inteqrativ oyun təşkil etdi.Keçirilən oyun zamanı şagirdlər həm əyləndi,həm də oxu və yazı vərdişlərini daha da möhkəmlətmiş oldular.Eyni zamanda onlara təqdim olunan hərf kartlarından şagirdlərimizin düzəltdiyi "Qarabağ", "Şuşa", "Qarabağ Azərbaycandır!" kimi yazılarla onlar bir daha vətənə olan sonsuz sevgilərini  ən gözəl halı ilə göstərmiş oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi