"Son zəng" çalındı

İyunun 14-də liseydə“Son zəng” tədbiri keçirilib.Tədbirdə, məktəb rəhbərliyi, məhdud sayda müəllimlər və məzunlar iştirak ediblər.
“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.Liseyin direktor əvəzi Zenfira Nurulla məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib.Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslər, maraqlı çıxışlar nümayiş etdirilib.İştirakçılar xüsusi karantin rejiminin tələblərini gözləməklə sosial məsafə saxlanılaraq liseyin həyətində onlar üçün ayrılmış partalarda əyləşmiş ,açıq havada sonuncu dərs keçilmişdir. Son dərsdə məzunlara 11 il dərs demiş müəllimlər çıxış etmiş ,onlara uğurlar diləmişlər.