"Ən yaxşı şer ifaçısı" müsabiqəsi keçirildi

Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə liseydə “Ən yaxşı şeir ifaçısı “müsabiqəsi keçirildi.Müsabiqədə müxtəlif sinif şagirdlərinin ifasında Nizami Gəncəvinin qəzəllərindən ,poemalarından parçalar ifa olundu.Münsiflər heyəti 9”A” sinif Şagirdi Qurbanova Nilufərin ,Məhərrəmli Rəsulun söylədikləri qəzəllərə,Həsənli Səbirənin ifasında “Bülbüllə Qızılquşun dastanı”nından parçaya daha yüksək qiymət verdilər.Qaliblər diplomla təltif olundu .Sonda 9”A” sinif şagirdi Allahverdiyeva Zeynəb şairin eyni adlı qəzəlinə Üzeyr Hacibəyovun bəstələdiyi “Sənsiz”romansını ifa etdi.