Bərk məişət tullantıları incəsənətə çevrilir

Liseyin 6”E” sinif şagirdləri sinif rəhbəri Səfa Allahverdiyavanın təşkilatçılığı ilə “Qala Etnoqrafik muzeyində ekskursiyada olmuşlar.Şagirdlər muzeylə yaxından tanış olmuş ,Qala kəndinin tarixi barədə məlumat toplamış,eksponatlara baxmışlar. Onların diqqətini həm də muzeydə yaradılmış başqa bir guşə də cəlb etmişdir. Bu guşədə bərk məişət tullantılarından yaradılmış incəsənət nümunələri nümayiş etdirilir.Burada istifadəyə yaramayan plastik qablar,aidiodisklər,parça kəsikləri,saxsı qırıntıları dəmir hissələr və digər lazımsız materiallar bir-biri ilə birləşərək qeyri-adi əl işləri kimi sərgilənir.Bu sərgi şagirdlərin xüsusi marağına səbəb olmuşdur.