Lütfi zadəyə həsr olunmuş videoçarx müsabiqəsinin qalibi

Görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Tədbirlər Planı”a əsasən liseydə müxtəlif tədbirlər keçirilir.Professor Lütfi Zadənin həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar hazırlamaq üçün müsabiqə elan olunub. Liseyin şagirdləri müsabiqədə fəal iştirak etmişlər.Onlarda 6”B” sinif şagirdi əliyev Məhəmmədin hazırladığı videoçarx fərqlənərək birinci yerə layiq görülmüşdür. Ə.Məhəmməd diplomla təltif olunmuşdur.O hazırladığı videoçarxda alimin təkrarolunmaz həyat yolunu özünəməxsus şəkildə təsvir etmişdir. Videoçarx You Tube kanalına da yerləşdirilmişdir.