Yol hərəkəti qaydalarını öyrənirik

        Şagirdlərimizin yol hərəkəti qaydalarını bilməsi,müxtəlif yol nişanlarını tanıması onların yol təhlükəsizliyini təmin edən əsəs istiqamətlərdən biridir.Bu səbəbdən 26.05.2021 tarixində liseyimizdə ibtidai sinif müəllimi Türkan Məcidovanın təşkilatçılığı "Yol hərəkəti qaydalarını öyrənək və riayət edək"adlı xüsusi dərs keçirildi.Dərsdə şagirdlər hazırladıqları müxtələlif yol nişanlarını nümayiş etdirərək həmin nişanlar barəsində ətraflı məlumat əldə etdilər.Şagirdlər dərslə bağlı hazırlanmış videoçarx nümayiş etdirildi.Dərs 1"С" sinif şagirdlərinin yol hərəkəti qaydaları ilə bağlı hazırladıqları ibrətamiz səhnəcik ilə davam etdi.Şagirdlər səhnəciyin sonunda yol hərəkəti qaydalarına riayət etmənin vacibliyini zəruri olduğunu qeyd etdilər.Dərsin sonunda şagirdlərin hazırladıqları müxtəlif yol nişanlarından ibarət sərgi təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi