Şəhidlər yad olunur

Şəhidlər,şəhidliyin müqəddəs zirvə olması,həqiqi vətənpərvərliyin nişanələri,vətən sevgisinin aliliyi hər zaman şagirdlərə yüksək təbliğ olunur.Liseydə bu istiqamətdə tez-tez müxtəlif tədbirlər həyata keçirilir.Liseyin informatika müəllimi Gülnarə Qasımova rəhbəri olduğu 6”A” sinfinin şagirdləri ilə II fəxri xiyabanda olmuş,şəhidlərimizi ziyarət etmiş,hörmət və ehtiram əlaməti olaraq məzarlara çiçəklər qoymuşlar.Böyük zəfərimizin qazanılmasında canını,qanını əsirgəməyən bu oğulların şərəfli həyatı və ölümü şagirdlərin qəlbində böyük kədər və qürur hissilə anılmışdır.