Lütfi Zadənin məzarını ziyarət etdilər

    “Qeyri-səlis məntiq”nəzəriyyəsinin banisi,dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının  100 illiyi münasibətilə liseydə müxtəlif tədbirlər həyata keçirilir. Alimin ilk təhsilini aldığı məktəb bu lisey olduğundan şagird və müəllim kollektivi Lütfi Zadəni özünə daha doğma hiss edir. 27.05.2021-ci il tarixdə liseyin 6”A”və 8”C” sinif şagirdləri sinif rəhbərlərinin təşkilatçılığı ilə alimin məzarını ziyarət edərək çiçək dəstələri qoymuşlar. Liseyin coğrafiya müəllimi Nuranə Gurşadlı və informatika müəllimi Gülnarə Qasımova Fəxri Xiyabanda Lütfi Zadənin həyatı,şərəfli və dəyərli ömür yolu haqqında şagirdlərlə ətraflı söhbət aparmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi