Orqan nəqli həyat verir

27.05.2021-ci il tarixdə “Kiçik akademiya”nın biologiya blokunun üzvləri günümüz üçün çox aktual olan,maraqlı mövzu haqqında araşdırma apardılar.”Orqan nəqli həyat verir”adlı araşdırmalarında şagirdlər dünyada ilk orqan nəqlinin həyata keçməsi tarixindən başlayaraq bu prosesin həyata keçirilməsinin üsullarından,hansı orqanların nəql olunmasın mümkünlüyündən geniş tədqiqat işlərini təqdim etdilər. “Kiçik akademiya”çılar orqan nəqlinin Azərbaycan qanunvericiliyində mövcud qaydalarla əks olunmasından,donorluğun xüsusiyyətlərindən  də ətraflı söhbət açdılar.Şagirdlər “Uşaqlarda orqan nəqli,”Kök hüceyrələrdən orqnların klonlaşdırılması,”Beyin ölümü keçirmiş insanlardan nəql olunan orqanlar” adlı araşdırmaları iştirakçılar tərəfindən maraqlı müzakirələrə səbəb oldu.Liseyin biologiya müəllimi Gülnarə Xəlilova “Kiçik akademiya”nın biologiya blokunun üzvlərinin tədqiqat işlərini yüksək dəyərləndirdi. Sonda liseyin psixoloqu Kəmalə Məmmədova çıxış edərək qazanc məqsədilə qanunsuz orqan nəqlinin cinayət olmasından,dünyada bu cinayətin saysız-hesabsız qurbanlarının olmasından,hər kəsin məlumatlı və ehtiyatlı olmasının vacibliyindən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi