Qala Etnoqrafik muzeyinə ekskursiya

24.05.2021-ci il tarixdə liseyin tarix müəllimi Səfa Allahverdiyeva və ingilis dili müəllimi Nuriyyə Əliyarovanın təşkilatçılığı ilə 6”C”və 6”E” sinif şagirdləri “Qala etnoqrafik muzeyi”nə səyahət etmişlər.Gəzinti zamanı şagirdlər Qala kəndinin tarixi ilə ,həmçinin orada fəaliyyət göstərən muzeylərdəki eksponatlarla tanış olmuşlar.Açıq muzeydə Paleolit dövründən başlayaraq müasir dövrə qədər saxlanılan müxtəlif nümunələr haqqında məlumat toplamışlar.