"Qarabağ uşaqların gözü ilə "müsabiqəsinin məktəb mərhələsi yekunlaşıb

“Qarabağ uşaqların gözü ilə “videoçarx müsabiqəsinin məktəb mərhələsi yekunlaşıb.Müsabiqəyə liseyin müxtəlif yaş qrupuna aid xeyli şagird videoçarx təqdim edib. Münsiflər heyəti videoçarxları izləyib,ən yaxşı çəkilmiş nümunələrin müəlliflərini müküfatlandırıb .Seçilmiş nümunələr içərisində 6”A” sinif şagirdi Abdullayeva Nurayın,6”B” sinif şagirdi Moiseyev Emilin,5”C”sinif şagirdi Hüseynli İncinin hazırladıqları videoçarxlar diplomla təltif olunub.Hüseynli İncinin hazırladığı videoçarx isə müsabiqənin I mərhələsinin ən yaxşı nümunəsi kimi II mərhələyə təqdim olunub.