Çövkan oyunu -keçmişimizdən bugünə

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında “ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün “Fəaliyyət planı “ na uyğun olaraq keçirilən hər bir tədbir vətəndaş mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliğinə də geniş yer verilir.Liseyin fiziki tərbiyə dərslərində qədim idman oyunumuz olan çovkan haqqında videodərslər keçirilir. Liseyin fziki tərbiyə müəllimləri Kənan Xudiyev və Ülviyyə Şərifova videodərslərdə çövkan sözünün etimologoyası ,tarixindən,oyunun oynanılması qaydasından ,Azərbaycanın milli atüstü oyunlarından olmasından ətraflı məlumat verirlər. K.Xudiyev qeyd edir ki,Nizami, Xaqani Şirvani, Xətai və başqa şairlərin əsərlərində, eyni zamanda qədim miniatür sənətimizdə çövkanla bağlı maraqlı məlumatlar verilir. Qədim miniatürlərdə kişilərlə bərabər qadınlarımızın da çövkən oynamaları bu oyuna olan böyük maraqdan xəbər verir.Videodərslərdə şagirdlərə çövkan oyunu ilə bağlı videoçarxlar göstərilir,şagirdlərin hazırladıqları təqdimatlar dinlənilir.