Lütfi Zadə məntiq olimpiadasının qalibləri

            Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının ilk turunun nəticələri bəlli olub.Olimpiadanın ilk turunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 7 000-ə yaxın beşinci sinif şagirdi iştirak edib.Nəticələrə əsasən, 1 489 məktəbli 17,75 baldan yuxarı nəticə göstərərək, olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

                Bilik yarışının ilk turunda şagirdlər 2 saat (120 dəq) vaxt ərzində məntiqi təfəkkürə dair 30 test sualını cavablandırıblar.Sevindirici haldır ki,  liseyin 5-ci sinif şagirdlərindən Yusif Hüseynov ,Mahir Kərimov,Uğur Əli,Banu Məmmədzadə də qaliblər sırasındadır.

    Qeyd edək ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

            Olimpiadanın final mərhələsinin may ayının sonlarında  keçirilməsi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi