Narkomaniya və zərərli vərdişlərlə mübarizəyə aid videokonfrans keçirildi

07.05.2021-ci il tarixdə Nəsimi Rayonu Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin polis polkovnik leytnantı Firdovsi Əsədli ,bölmənin polis leytnantı Camal Məcidovun iştirakı ilə liseyin 8-ci sinifləri ,sinif rəhbərləri,kimya və biologiya rəhbərləri ,lisey rəhbərliyi və psixoloqu ilə birgə “Narkomaniya və zərərli vərdişlərlə mübarizə “yə həsr olunmuş videokonfrans keçirilmişdir. Videokonfransı giriş sözü ilə liseyin tərbiyə işləri üzrə direktor müavini A.Nəbiyeva açaraq bu mövzuda tədbirlərin liseydə tez-tez keçirilməsindən, lisey psixoloqunun ,kimya və biologiya müəllimlərinin şagirdlərlə müntəzəm söhbət apardıqlarından danışdı.Oqeyd etdi ki ,mövcud pandemiya şəraitində belə tədbirlər artıq onlayn şəkildə təşkil olunur.Videokonfransda F,Əsədli şagirdlərə narkomaniya və zərərli vərdişlər ,onların ağır fəsadları ,qanunvericiliklə bağlı məqamları ətraflı şərh etdi,şagirdlərin suallarını cavablandirdı. Onun çıxışına əlavə olaraq liseyin psixoloqu,kimya ,biologiya müəllimləri də bu mövzuda maraqlı çıxışlar səsləndirdilər.