Tarix yazan Lider

Müstəqil Azərbaycanın memarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü liseyin onlayn dərslərində qeyd olunur.Liseyin tarix müəllimi Səfa Allahverdiyeva Ulu Öndərin şərəfli həyat yolu,dövlətçilik siyasəti, yürütdüyü uzaqgörən , müdrik siyasət haqqında şagirdlərə geniş məlumat verir,onun ölkə və xalq qarşısındakı əvəzsiz xidmətlərindən qürurla söz açır.
Liseyin musiqi dərslərində H.Əliyevin ömür yolunun şanlı səhifələri musiqinin dili ilə canlanır.Liseyin musiqi müəllimi Təranə Rəsulova Ulu Öndərə qoşulmuş mahnılarla şagirdləri tanış edir,şagirdlərin ifasında bu mahnılar dinlənilir.Şagirdlər tərəfindən hazırlanmış təqdimatlarda ,çəkilmiş rəsmlərdə H.Əliyevə ümumxalq məhəbətini , hörmət və ehtiramı əks etdirilir.