''Bir millət , iki dövlət ''müsabiqəsinin qalibləri


            1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi və Nəsimi rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98- ci il dönümünə həsr olunmuş 30 mart-07 may 2021-ci il tarixlərini əhatə edən  “Bir millət- iki dövlət” adlı onlayn rəsm müsabiqəsinə yekun vurulub.
    Onlayn platformada keçirilən rəsm müsabiqəsinin məqsədi Ulu Öndər,Ümmummilli lider, fenomenal şəxsiyyət olan Heydər Əliyevin  türkçülük və dövlətçilik siyasəti və eləcədə müasir Azərbaycanın inkişafına yönəlik misilsiz xidmətləri ilə böyüməkdə olan gənc nəsli yaxından tanış etmək, onlarda vətənə, torpağa məhəbbət hissini artırmaq  və hərbi-vətənpərvərlik ruhunu təbliğ etməkdən ibarət olub.
    Rəsm müsabiqəsi 3 yaş (7-9, 10-13, 14-17) qrupunda keçirilib. Ümumilikdə müsabiqəyə 121 rəsm işi daxil olub. Təqdim olunmuş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilib.
“Bir millət- iki dövlət” adlı onlayn rəsm müsabiqəsində 1-ci yaş qrupu üzrə liseyin 3”A” sinif şagirdi Rəna Həsənli (8 yaş)  I yer,2- ci yaş qrupu üzrə liseyin 6”C” sinif şagirdi Şakir Əliyev (11 yaş ) I yer,liseyin 4”A” sinif şagirdi Səbirə Həsənli isə həvəsləndirici yer tutmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi