H . Əliyev dərsləri keçirilir

Artıq bu həftədən liseyin onlayn dərslərində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasinin 98 -ci ildönümünə həsr olunmuş xüsusi dərslərin, videokonfransların ,videotəqdimatların keçirilməsinə start verilib.Bu gün liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarova 6 ''E'' sinfində Ədəbiyyat dərsini ümummilli lider,müasir Azərbaycanın memarı olan Heydər Əliyevin anadan olmasının 98 illik yubileyinə həsr etdi.Şagirdlər fenomenal şəxsiyyətə,dahi siyasətçiyə dərin hörmət və rəğbətlərini yazdıqları esse,hazırladıqları şeir parçaları,slaydlar,video-roliklər,çəkdikləri portretlər vasitəsilə bildirdilər.Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti,Azərbaycan üçün gördüyü işlərdən danışdılar.Dünya siyasətçilərinin Heydər Əliyev barəsində dediyi fikirlər səsləndirildi.Həmçinin müdrik insanın müxtəlif mövzularla bağlı səsləndirdiyi dəyərli aforizmlər də şagirdlər tərəfindən toplanıb təqdim olundu.
Liseyin digər onlayn dərslərində də ulu öndərin xatirəsinə həsr olunmuş xüsusi dərslər keçirildi.
Rus bölməsinin ibtidai sinif müəllimi Zahirə Tahirova ,coğrafiya müəllimi Mülayim Mustafayeva H.Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn dərslərdə ümummilli liderin həyat və fəaliyyəti haqqında şagirdlərlə geniş söhbət aparmış ,videosüjetlər göstərilmiş ,şeirlər ,mahnılar səsləndirmişlər .